İsrail yenidən Livana zərbə endirib

Dünya

16.10.2024 - 16:05

Həkimlər Klinikalar SEO Xidməti

Baalbek və Hermel şəhərlərinin kənarında onlarla raket zərbəsi endirilib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimal-şərqində yerləşən şəhər və qəsəbələrə intensiv hücum həyata keçirib. Nəticədə ölən və yaralananlar var, onların sayı dəqiqləşdirilir. AYNA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, “Hizbullah”ın arxa bazalarının yerləşdiyi və tərəfdarlarının yaşadığı Baalbek və Hermel şəhərlərinə onlarla raket hücumu həyata keçirilib. Budaya, Duris, Sarin və Şimstar yaşayış məntəqələrinə edilən hücumlar Baalbeki Suriyanın Homs şəhəri ilə birləşdirən avtomobil yolunun müvəqqəti bağlanmasına səbəb olub.

Bundan əvvəl İsrail təyyarələri Suriyadan Livana orada yerləşən iranyönlü şiə birləşmələrindən hərbi texnika, silah və sursatların keçirilməsinin qarşısını almaq üçün sərhəd keçid məntəqələrinə və dağlıq ərazilərdəki yollara zərbələr endirib.

Livanın Mülki Müdafiə Xidməti bildirib ki, çərşənbə axşamı xilasedicilər Baalbekdən 30 km aralıda yerləşən Rayakda uçmuş evin dağıntıları altından üçü uşaq olmaqla 5 nəfərin cəsədini çıxarıb. Daha 16 nəfər yaralanıb.

Beyrutda mətbuat konfransında çıxış edən Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad İsrail Silahlı Qüvvələrinin respublika ərazisinə ayrıseçkilik etmədən hücumlar həyata keçirdiyini bildirib: “Qadınlar və uşaqlar da daxil olmaqla mülki əhalinin sayı artmaqdadır”.

2023-cü ilin oktyabrında Yaxın Şərqdə hərbi eskalasiya başlayandan bəri Livanda 2,4 min nəfər həlak olub, 10,9 min nəfər isə yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş