İsrail və Suriya gələn ay təhlükəsizlik sazişi imzalaya bilər

Dünya

22.08.2025 - 15:27

Suriya ilə İsrail arasında gərginliyi azaltmaq üçün bir sıra sənədlərin imzalanması planlaşdırılır

İsrail və Suriya sentyabrda təhlükəsizlik sazişi imzalaya bilər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Vaşinqton Suriya Prezidenti Əhməd əl-Şaraa, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşün təşkili üzərində fəal işləyir.

“Bu istiqamətdə atılan addımlardan biri bu yaxınlarda Suriyanın BMT-də danışıqlar aparmaq üçün genişləndirilmiş səlahiyyətlərə malik yeni nümayəndəsinin təyin edilməsi olub”, - deyə qeyd edilib.

Məlumata görə, görüş sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tuta bilər.

Tərəflər Suriya ilə İsrail arasında gərginliyi azaltmaq üçün bir sıra sənədlər imzalamağı planlaşdırır. Eyni zamanda, söhbət yaxın gələcəkdə hərtərəfli sülh müqaviləsinin bağlanmasından getmir.

Bu həftə Parisdə İsrailin strateji işlər naziri Ron Dermer və Suriya xarici işlər naziri Əsəd əl-Şibani arasında keçirilən danışıqlarda da irəliləyiş olduğu bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş