İsrail sursat çatışmazlığı ilə üzləşib

Dünya

15.10.2024 - 15:59

Həkimlər Klinikalar SEO Xidməti

İstehsal xətləri gecə-gündüz işləyir, lakin çatışmazlıq özünü göstərir

İsrailin sursat çatışmazlığı ilə üz-üzə qalıb. AYNA xəbər verir ki, bu barədə "The Financial Times" İsrailin iki yüksək səviyyəli hərbi sənaye rəsmisinə istinadən yazıb.

Onların fikrincə, istehsal xətləri gecə-gündüz işləyir, lakin çatışmazlıq özünü göstərir.

Bundan əlavə, İrana cavab yeni eskalasiya mərhələsinə və İsrailə qarşı kütləvi raket hücumlarına səbəb ola bilər.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli rəsmisi Dana Stroll bildirib.

“İran İsrailin hücumuna cavab versə və “Hizbullah” da ona qoşularsa, İsrailin hava hücumundan müdafiəsi gücləndiriləcək. Bununla belə, Birləşmiş Ştatlar Ukrayna və İsraili indiki sürətlə təmin etməyə davam edə bilməz. Biz dönüş nöqtəsinə yaxınlaşırıq”, - deyə qeyd edib.

İsrail yaxın günlərdə ABŞ-dan ən son THAAD ballistik raketdən müdafiə sistemini alacaq, lakin regional müharibə vəziyyətində bu da kifayət etməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş