İsrail Qəzza zolağındakı hədəflərə hava zərbələri endirib

Dünya

10.09.2024 - 12:48

Həkimlər Klinikalar SEO Xidməti

HƏMAS radikal hərəkatının komanda mərkəzinin atəşə tutulması nəticəsində “yüksək rütbəli terrorçular” öldürülüb

İsrail ordusu Qəzza zolağında humanitar zonaya aviazərbələr endirib. AYNA xarici mediaya istinadən bildirir ki, İsrail ordusunun sentyabrın 10-na keçən gecə Fələstinin HƏMAS radikal hərəkatının komanda mərkəzinin atəşə tutulması nəticəsində “yüksək rütbəli terrorçular” öldürülüb.

Eyni zamanda, Fələstin xilasetmə xidmətlərinin nümayəndəsi AFP-yə müsahibəsində bildirib ki, Qəzza zolağının cənubundakı Xan Yunisdəki Əl-Məvazi humanitar zonasına endirilən zərbələr nəticəsində azı 40 nəfər ölüb, daha 60 nəfər yaralanıb. Yaralılar ətraf xəstəxanalara yerləşdirilib.

Fələstin Mülki Müdafiəsinin digər hesabatlarına görə, İsrailin zərbəsi nəhəng kraterlər buraxıb.

İsrail ordusu “Qəzza zolağındakı terror qruplarını” “İsrail dövlətinə və İsrail ordusuna qarşı terror fəaliyyətləri üçün müəyyən edilmiş humanitar zona da daxil olmaqla humanitar infrastrukturdan sistemli şəkildə istifadə etməkdə” ittiham edib.

HƏMAS İsrailin hava hücumuna məruz qalan bölgədə yaraqlıların olmadığını bildirib və İsrailin versiyasını “açıq-aşkar yalan” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş