İsrail Nəsrullahı öldürmək üçün təxminən 7 milyon dollar xərcləyib

Dünya

21.10.2024 - 07:44

cedabet dərman SEO Xidməti

İsrail iqtisadiyyatı şimal və cənub arenalarında növbəti uzunmüddətli müharibəni davam etdirməkdə çətinlik çəkəcək

Sentyabrın əvvəlindən şimal cəbhəsində müharibənin genişlənməsindən və oktyabrın 1-də Livanın cənubunda quru əməliyyatının başlamasından sonra İsrailin hərbi xərcləri təxminən 6,8 milyard dollar artıb. AYNA xəbər verir ki, bu barədə “Ynet” öz mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, təkcə “Hizbullah” lideri Həsən Nəsrullahın məhv edilməsinə 6,8 milyon dollar, əmisi oğlu Səfi əd-Dinin isə məhv edildiyi iddia edilən hücuma 5,4 milyon dollar xərclənib.

Mənbələr bildiriblər ki, İsrail iqtisadiyyatı şimal və cənub arenalarında növbəti uzunmüddətli müharibəni davam etdirməkdə çətinlik çəkəcək. Hökumət gələn il üçün hərbi büdcənin artırılması üçün tədbirlər görməli olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş