“İrana qarşı müharibə lazım olduğu qədər davam edəcək”
“İrana qarşı müharibə lazım olduğu qədər davam edəcək. Müharibə həlledici mərhələyə qədəm qoyur”. AYNA.AZ xəbər verir ki, bu barədə İsrail mediası İsrail müdafiə naziri İsrael Katzın açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Katz İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir və yüksək rütbəli hərbi komandirlərlə görüşüb.