İsrail İranın zərbələrindən dəyən ziyan barədə məlumat yayıb

Dünya

14.06.2025 - 10:49

cedabet dərman SEO Xidməti

Zərərçəkənlərin sayının nisbətən az olduğu bildirilib

İranın İsrailə raket zərbələri nəticəsində zərərçəkənlərin sayı genişmiqyaslı maddi ziyan vurulmasına baxmayaraq, az olub.

AYNA.AZ-ın TASS-a istinadən məlumatına görə, bu barədə Tel-Əviv hərbi dairəsinin komandanı bildirib.

"Mülki şəxslərin təxliyə təlimatlarına əməl etməsi sayəsində, zərərçəkənlərin sayı nisbətən azdır. Genişmiqyaslı dağıntıları nəzərə alsaq, onların hamısı cüzi yaralanıb", - İsrail ordusu öz "Telegram" kanalında komandanın adını çəkmədən onun sözlərini təqdim edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş