İsrail İranın nüvə obyektlərinə hücumlardan çəkinəcək

Dünya

09.10.2024 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

İsraillilər əməliyyatı “mülayim hücum ssenarilərinə” uyğun planlaşdırırlar

İsrail İranın raket hücumlarına cavabının bir hissəsi olaraq, Tehranla genişmiqyaslı regional münaqişənin başlanmasından ehtiyat etdiyi üçün, ehtimal ki, İslam Respublikasının nüvə obyektlərinə hücum ideyasından imtina edəcək. AYNA xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti adı açıqlanmayan İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Onların fikrincə, yəhudi dövlətinin İranın nüvə obyektlərinə zərbə endirməsi İsraillə İran arasında regional müharibəyə səbəb ola bilər.

Belə bir münaqişə yəhudi dövlətinin Fələstinin radikal HƏMAS hərəkatına son qoymaq və Livanda “Hizbullah”ı məğlub etmək imkanlarını xeyli dərəcədə zəiflədə bilər.

Nəşr vurğulayıb ki, İranla münaqişənin baş verməsinin qarşısını almaq Qəzza zolağında vəziyyətin gərginləşməsindən sonra İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiyasının rəsmi şəkildə bəyan etdiyi müharibə məqsədlərindən biridir.

Mənbələr İsrailin İrana qarşı cavab zərbəsi zamanı diqqətini müxtəlif hərbi bazalara və kəşfiyyat obyektlərinə yönəldə biləcəyini gözləyir. Onlar əməliyyatı “mülayim hücum ssenarilərinə” uyğun planlaşdırırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş