Nüvə mərkəzlərinə zərbə endirmək imkanları da nəzərdən keçiriləcək
İranın bir sıra mühüm infrastruktur obyektləri İranın İsrailə raket hücumlarına cavab olaraq İsrailin hədəfİ ola bilər. AYNA xəbər verir ki, bu barədə “Axios” yazıb.
İsrail rəsmiləri portala bildiriblər ki, İsrail əhəmiyyətli cavab zərbəsi endirəcək və bu zərbə neft hasilatı obyektlərinə və digər strateji obyektlərə yönələ bilər. Onlar qeyd ediblər ki, bütün variantlar, o cümlədən İranın nüvə mərkəzlərinə zərbə endirmək imkanları nəzərdən keçiriləcək.
“Axios” qeyd edir ki, İsrail İrana iki ay əvvəl Tehranda HƏMAS lideri İsmayıl Həniyənin ölümü ilə nəticələnən əməliyyata bənzər həm hava hücumları, həm də gizli əməliyyatlarla cavab verə bilər.