İsfahan şəhərindəki nüvə obyekti İsrail tərəfindən hücuma məruz qalıb
İsrail İranın İsfahan şəhərində yerləşən nüvə obyektinə hücum edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, təhlükəli maddələrin sızması olmayıb, “narahat olacaq heç nə yoxdur”.
Məlumata görə, İsrail hücumu iyunun 21-nə keçən gecə həyata keçirib.