İsrail İrana qarşı nüvə silahından istifadə edə bilər - İDDİA

Dünya

14.04.2026 - 15:51

“İsrail liderləri Tehranı təhlükə kimi qəbul edirlər, lakin hazırda onu məğlub edə bilmədiklərini başa düşürlər”

Təl-Əviv Tehranla qarşıdurma fonunda son dərəcə çətin vəziyyətdədir və bu, İsrailin Baş naziri Benyamin Netanyahunu nüvə silahından istifadə etməyə vadar edə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə Çikaqo Universitetinin professoru Con Mirşaymer Daniel Devisə verdiyi müsahibədə bildirib. Müsahibə jurnalistin “YouTube” kanalında yayımlanıb.

Mirşaymer izah edib ki, “İsrail liderləri Tehranı təhlükə kimi qəbul edirlər, lakin hazırda onu məğlub edə bilmədiklərini başa düşürlər”.

Professorun sözlərinə görə, belə bir "vəziyyətdə" olan Təl-Əviv radikal tədbirlərə əl ata bilər.

"Bu, bizi yenidən israillilərin sonda nüvə silahından istifadə etməyi düşünə biləcəyi təhlükəsinə qaytarır", - deyə analitik bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş