İsrail İrana qarşı daha bir genişmiqyaslı əməliyyata başlayıb

Dünya

04.03.2026 - 09:44

İsrail ordusu məlumat yayıb

İsrail Silahlı Qüvvələri İran ərazisinə qarşı yeni genişmiqyaslı zərbələr dalğasına başladığını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən əməliyyat çərçivəsində İranın raket qurğuları və hava hücumundan müdafiə sistemləri hədəfə alınır.

İsrail hərbçiləri zərbələrin genişmiqyaslı seriya şəklində davam etdiyini qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş