İsrail “Hizbullah”ın maliyyə mərkəzinə zərbə endirib

Dünya

21.10.2024 - 13:16

cedabet dərman SEO Xidməti

Livanın şərqindəki Beka vadisindəki Hermel, Riyaq və Baalbek şəhərlərinə də zərbələr endirilib

Oktyabrın 20-də axşam saatlarında İsrail qırıcı təyyarələri Livandakı radikal “Hizbullah” hərəkatına aid olduğu iddia edilən maliyyə mərkəzinə zərbələr endirib.

AYNA xarici mediaya istinadən bildirir ki, İsrail ordusunun sözçüsü Aviçay Adrayi bildirib ki, hücumun hədəfində Beyrutun cənubunda “Hizbullah”ın İsrailə qarşı əməliyyatlarını maliyyələşdirməkdə iştirak etdiyini bildirən “Əl-Qard əl-Həsən” şirkətinə məxsus binalar olub.

Adrayi Beyrut və Beka vadisində vurulan bir sıra hədəflərin adını açıqlayıb.

Bildirilir ki, Livanın cənubundakı Səidə liman şəhərində “Əl-Qard əl-Həsən” ofisinin yaxınlığında çaxnaşma başlayıb. Yerli sakinlər İsrailin hücum etdiyi ərazini tələsik tərk ediblər.

Livanın rəsmi mediasının məlumatına görə, İsrail həmçinin Beyrut hava limanı ərazisindəki hədəflərə hava zərbələri endirib. Cənubi Beyrut ən azı 11 hava hücumuna məruz qalıb. Livan məlumatlarına görə, zərbələr Livanın şərqindəki Beka vadisindəki Hermel, Riyaq və Baalbek şəhərlərinə də endirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş