“Biz onu tapmağa, vurmağa çalışacağıq ki, HƏMAS yenidən Siyasi Büronun yeni rəhbərini axtarmalı olsun”
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, İsrail ordusu HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı aradan götürməyə çalışacaq. AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
“Biz onu tapmağa, vurmağa çalışacağıq ki, HƏMAS yenidən Siyasi Büronun yeni rəhbərini axtarmalı olsun”, - deyə Halevi söyləyib.
İsrail Hərbi Hava Qüvvələrinin hərbçiləri qarşısında çıxışı zamanı Halevi deyib ki, İsrail hərbi komandanlığı nöqteyi-nəzərindən siyasi vəzifəyə təyinat Sinvarı HƏMAS-ın keçənilki hücumunun hazırlanmasında iştirak etmək məsuliyyətindən azad etmir.