İsrail HƏMAS-ın əlindəki girovları necə azad edib? – TƏFƏRRÜATLAR

Dünya

09.06.2024 - 14:32

Həkimlər Klinikalar SEO Xidməti

Girovların azad edilməsində İsrail ordusu, kəşfiyyatı və hava qüvvələri iştirak edib

HƏMAS qruplaşmasının Qəzza zolağında saxladığı girovların azad edilməsinin təfərrüatları məlum olub. AYNA xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) həyata keçirdiyi əməliyyatın təfərrüatlarını ölkənin Müdafiə Nazirliyi “The New York Times” qəzetinin jurnalistlərinə təqdim edib.

Qeyd edək ki, iyunun 8-də bir Rusiya vətəndaşı da daxil olmaqla dörd girovun azad edilməsi barədə məlumat yayılıb.

İDF-nin məlumatına görə, bir neçə həftədir hazırlanmış əməliyyat başlamazdan bir neçə dəqiqə əvvəl ləğv edilə bilərmiş. Girovların azad edilməsində İsrail ordusu, kəşfiyyatı və hava qüvvələri iştirak edib.

Əməliyyatın gündüz vaxtı İsraildə HƏMAS-ın gecə girovları azad etmək cəhdi gözlədiyi barədə məlumatı olduğu üçün həyata keçirilib. İsrail hərbçilərinin planının həyata keçirilməsi zamanı atışma baş verib. Girovların azad edilməsində iştirak edən xüsusi təyinatlılardan birini xilas etmək mümkün olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş