İsrail HƏMAS-ın bir neçə silahlı üzvünü məhv edib

Dünya

25.04.2026 - 14:27

“Əsgərlər Qəzza zolağının şimalında İsrail qüvvələrinin yaxınlığında silahlı HƏMAS üzvlərini aşkar ediblər”

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS hərəkatının bir neçə silahlı üzvünün məhv edildiyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“Əsgərlər Qəzza zolağının şimalında İsrail qüvvələrinin yaxınlığında silahlı HƏMAS üzvlərini aşkar ediblər. Təhlükəni aradan qaldırmaq məqsədilə onlar hava zərbəsi ilə zərərsizləşdirilib”, - deyə vurğulanıb.

Bildirilib ki, zərbədən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün bir sıra tədbirlər görülüb. Bunlara dəqiq idarə olunan sursatlardan istifadə və hava müşahidəsinin aparılması daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş