Müzakirədə iqlim dəyişikliyi ilə əlaqədar qurumların nümayəndələri, diplomatlar və jurnalistlər iştirak edib
Pakistanın Regional Araşdırmalar İnstitutu İslamabadda “Uçurumun aradan qaldırılması: Pakistanda humanitar agentliklər və iqlim uyğunlaşması” adlı Pre-COP29 adlı panel müzakirəsi təşkil edilib.
AYNA xəbər verir ki, Pakistanın iqlim dəyişikliyi üzrə keçmiş federal naziri senator Şerri Rəhman və digər rəsmilərin də iştirak edəcəyi tədbirdə COP29-a hazırlıq və bir sıra məsələlər müzakirə olunub.
Panel müzakirəsində iqlim dəyişikliyi ilə əlaqədar qurumların nümayəndələri, diplomatlar və jurnalistlər iştirak edib.