İŞİD terror təşkilatının Suriya və İraq üzrə rəhbəri öldürülüb

Dünya

14.03.2025 - 21:24

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.

AYNA "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani bildirib.

Onun dünyanın ən təhlükəli terrorçularından biri olduğu qeyd edilir.

Məlumata görə, İraq təhlükəsizlik qüvvələri əməliyyatı ABŞ-nin rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş