Saxlanılanlar polisin qanuni tələblərinə tabe olmamaqda ittiham edilirlər
Ermənistan polisi bu gün səhər saatlarından paytaxt İrəvan küçələrini bağlayan 189 aksiya iştirakçısını saxlayıb.
AYNA erməni mediasına istinadən bildirir ki, nümayişçilər polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə saxlanılıblar.
Qeyd edək ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.