İraqda keçirilən təlimlər zamanı ABŞ və Britaniya əsgərləri həlak olub

Dünya

02.06.2026 - 12:11

Hadisə Ərbil şəhərindəki ABŞ Hərbi Hava Qüvvələri bazasında baş verib

İraqda keçirilən təlimlər zamanı bir ABŞ hərbçisi və bir Britaniya əsgəri həlak olub. AYNA.AZ xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Hadisə mayın 31-də İraqın şimalındakı Ərbil şəhərindəki ABŞ Hərbi Hava Qüvvələri bazasında baş verib. Həm ABŞ, həm də Britaniya rəsmiləri hadisənin təfərrüatlarını, o cümlədən həlak olan iki hərbçinin adlarını açıqlamayıblar.

Daha əvvəl bildirilmişdi ki, may ayının əvvəlində Mərakeşdə keçirilən "Afrika Aslanı" təlimləri zamanı iki ABŞ hərbçisi Atlantik okeanına uçurumdan yıxılaraq itkin düşüb. Əsgərlərdən birinin cəsədi daha sonra tapılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş