İraq Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xəbərlər

19.11.2023 - 19:24

İraq Prezidentini Azərbaycan rəsmiləri  qarşılayıb

Əbdüllətif Camal Rəşidi Azərbaycan rəsmiləri qarşıyalayıb

İraqın Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib.

AYNA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş