İranlı deputat xəbərdarlıq edib

Dünya

12.05.2026 - 16:32

"Yeni hücum halında İranın seçimlərindən biri uranı 90 faizə qədər zənginləşdirmək ola bilər”

“İrana təkrar hücum olarsa, uranı 90 faizə qədər zənginləşdirməyə başlayacağıq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin nümayəndəsi İbrahim Rzayi deyib.

Rzayi bildirib: "Yeni hücum halında İranın seçimlərindən biri uranı 90 faizə qədər zənginləşdirmək ola bilər. Biz bu məsələni parlamentdə nəzərdən keçirəcəyik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş