İranla Ermənistan arasında sənədlər imzalanıb

Dünya

19.08.2025 - 15:12

Məsud Pezeşkian və Nikol Paşinyanın iştirakı ilə iki ölkə arasında bir neçə sənəd imzalanıb

İrəvanda keçirilən görüş zamanı İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə iki ölkə arasında bir neçə sənəd imzalanıb.

AYNA.AZ-ın xəbərinə görə, "Azad İran" "Telegram" kanalı yazıb ki, həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və onun iranlı həmkarı Abbas Əraqçı 2025-2027-ci illər üçün iki ölkə xarici işlər nazirlikləri arasında məsləhətləşmələr planını təsdiqləyiblər.

Bundan başqa, ölkələr arasında standartlaşdırma, verifikasiya, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında, tibbi məhsulların istehsalının tənzimləməsi üzrə qarşılıqlı fəaliyyət haqqında, Ermənistan və İranın muzeyləri, kitabxanaları və milli arxivləri arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş