Açılış mərasimində Şahin Mustafayev və Mehrdad Bəzrpaş iştirak ediblər
Bu gün İran və Azərbaycan arasında Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı olub. AYNA APA-ya istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş iştirak ediblər.
Astara şəhərinin Bağçasəra kəndində yerləşən sərhəd terminalının müvəqqəti keçid məntəqəsi və daxili və xarici tranzit nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Bu körpünün açılışı ilə iki ölkə arasında giriş-çıxış tranzit nəqliyyat vasitələrinin tutumu artacaq.