Əraqçi İran-Livan münasibətləri və regional məsələləri müzakirə edəcək
İranın xarici işlər naziri Abbas Əraqçi Livanda səfərdədir. AYNA.AZ xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Qeyd olunub ki, bu, İran xarici işlər nazirinin son bir ildə üçüncü, Livanda keçirilən yeni prezident seçkilərindən sonra isə ikinci səfəridir.
Səfər çərçivəsində Əraqçi İran-Livan münasibətləri və regional məsələləri müzakirə edəcək.
İranın XİN başçısının Livan Prezidenti Cozef Aun və Baş nazir Navaf Salamla görüşəcəyi gözlənilir.