İranın şimalında zəlzələ olub

Dünya

03.11.2024 - 11:36

Həkimlər Klinikalar SEO Xidməti

4,8 bal gücündə zəlzələ Semnan əyalətinin Qermsar şəhərində baş verib

İranın şimalında, Semnan əyalətində yerləşən Qermsar şəhəri yaxınlığında 4,8 bal gücündə zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

"Yerin 11 kilometr altında baş verən Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ Semnan əyalətinin Qermsar şəhərində baş verib", - məlumatda qeyd olunub.

Hadisə ilə əlaqədar bir neçə yaşayış binasında elektrik enerjisi və internet kəsilib.

Zəlzələ Tehran yaxınlığındakı eyniadlı vilayətin inzibati mərkəzi olan Qum şəhərində də hiss olunub.

Zəlzələlər nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Müəllif: Ayna.az