İranə Tağızadə dəfn olunub

Mədəniyyət

10.04.2023 - 15:31

Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb

Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə dəfn olunub.

AYNA xəbər verir ki, mərhum Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər.

Qeyd edək ki, İ.Tağızadə ötən gün səhər saatlarında vəfat edib.

Müəllif: Ayna.az