İranda yeni Ali Rəhbər seçilib

Dünya

04.03.2026 - 09:11

Müctəba Xameneyi İranın başına keçib

ABŞ və İsrailin hücumu nəticəsində öldürülən İranın Ali Rəhbəri Əli Xameneyinin yerini oğlu Müctəba Xameneyi tutub. AYNA.AZ xəbər verir ki, Müctəba Xameneyi bu posta "Məclisi Xubregan"ın səsverməsi nəticəsində seçilib.

Yayılan xəbərlərdə bildirilir ki, səsvermə prosesi zamanı SEPAH tərəfindən məclis üzvlərinə ciddi təzyiq göstərilib.

Müctəba Xameneyinin varis kimi önə çıxması əslində uzun müddətdir İran siyasi kulislərində müzakirə olunurdu. Onun SEPAH-la dərin və sistemli əlaqələri, həmçinin əsas güc dayağının məhz bu hərbi-siyasi struktur olması indi baş verənlərin təsadüfi olmadığını göstərir.

Yayılan bu məlumat İran İslam Respublikasının gələcək siyasi kursu və hakimiyyət modelinin mahiyyəti ilə bağlı ən ciddi və taleyüklü sualları gündəmə gətirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş