Qatardan çıxarılanlar arasında 50 yaralı var
İranda baş verən qatar qəzasında ölənlərin sayı 17 nəfərə çatıb. AYNA xarici mediaya istinadən bildirir ki, Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarı Tabas şəhəri yaxınlığında relsdən çıxıb.
Qəza nəticəsində 10 nəfər yerində, 7 nəfər isə xəstəxanada dünyasını dəyişib. Qatardan çıxarılanlar arasında 50 yaralı var. Onlardan 20-nin vəziyyəti ağırdır.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar. Qəzanın qatarın yolda işləyən ekskavatorla toqquşması səbəbindən baş verdiyi bildirilir.