İranda naməlum şəxslər avtobusa atəş açıblar

Dünya

16.02.2026 - 12:40

Silahlı insident nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb

İranın Zahedan şəhərində naməlum şəxslər işçiləri daşıyan avtobusa atəş açıblar. AYNA.AZ İran mediasına istinadən bildirir ki, silahlı insident nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

Zahedan polis rəisi hücum edənlərin tutulması üçün axtarış və həbs əməliyyatının aparıldığını bildirib.

Hadisənin səbəbi hələlik açıqlanmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş