İranda havanın çirklənməsi səbəbindən 30 min insan ölüb

Dünya

13.10.2024 - 10:06

Həkimlər Klinikalar SEO Xidməti

“Ölənlərin sayının artması ölkədə təmiz hava ilə bağlı qanunun tam yerinə yetirilmədiyini göstərir”

İranda son sutkada havanın çirklənməsi səbəbindən 30 min insan öküb. AYNA xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bununla bağlı İran Parlamentinin Kənd Təsərrüfatı Komissiyasının Ətraf Mühit Komitəsinin sədri Süməyə Rəfii dövlət rəsmilərinin fəaliyyətsizliyini tənqid edib.

Onun sözlərinə görə, on minlərlə insanın ölümünə səbəb olan havanın çirklənməsi səviyyəsinin artmasına baxmayaraq, rəsmilər bununla bağlı heç bir tədbir görmür.

S.Rəfii qeyd edib ki, ölənlərin sayının artması ölkədə təmiz hava ilə bağlı qanunun tam yerinə yetirilmədiyini göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş