İranda əhalini etiraza çağıran 9 nəfər həbs edilib

Dünya

04.12.2022 - 01:26

Saxlanılan şəxslərin xarici dairələrdən təlimat aldığı bildirilir

İranda əhalini etiraz aksiyalarına çağıran 9 nəfər həbs edilib. AYNA xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

 

Rəsmi İRNA agentliyinin məlumatına görə, Fars əyalətinin prokuroru deyib ki, əhalini sosial şəbəkə vasitəsi ilə nümayişə çağıran xariclə əlaqəsi olan 9 nəfər saxlanılıb. Onların xarici dairələrdən təlimat aldığı bildirilir.

Prokurorluq saxlanılan şəxslərdən partlayıcı maddə götürüldüyünü də bildirib.

Müəllif: Ayna.az