İranda 3700-dən çox insanın ölümünə səbəb olan pandemiyaya bundan əvvəl 23 deputat yoluxub
İranda Parlament Heyətinin üzvü Məhəmməd Rıza Tabeş, millət vəkilləri və Məclis üzvləri koronavirus testindən keçib. AYNA xəbər verir ki, bu barədə İran xəbər agentliyi “İLNA” məlumat verib.
“11 deputatın test nəticələri müsbət çıxıb. Lakin test nəticələrinin hamısı hələlik açıqlanmayıb. Ancaq, ən azı, 50 nəfərin nəticəsinin müsbət ola biləcəyi ehtimal edilir”, - deyə Rıza Tabeş bilidirib.
Qeyd edək ki, İranda 3700-dən çox insanın ölümünə səbəb olan pandemiyaya bundan əvvəl 23 deputat yoluxub. Tehran şəhərinin millət vəkili Fatma Rəhbər isə martın 7-də koronavirusun qurbanı olub.