İranda avtobus qəzaya uğrayıb, 55 nəfər xəsarət alıb

Dünya

08.09.2024 - 23:17

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alanlardan 5 nəfərin vəziyyəti ağırdır

İranın şimalında avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 55 nəfər xəsarət alıb.

AYNA xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.

Hadisə Rəzəvi Xorasan əyalətində Səbzevər-Nişapur yolunda qeydə alınıb.

Xəsarət alan 55 nəfərdən 5-nin vəziyyəti ağırdır.

Hadisə yerinə 4 təcili yardım maşını cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş