İran XİN: “Qərb terroru dəstəklədiyinə görə cavab verməlidir”

Dünya

01.08.2025 - 11:42

"Anti-İran bəyanatını imzalayan ABŞ, Fransa və digər ölkələr beynəlxalq hüququn müddəalarını pozduqlarına görə cavab verməlidir”

“Qərb terrorizmi dəstəklədiyinə görə beynəlxalq səviyyədə cavab verməlidir”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqai deyib.

"Anti-İran bəyanatını imzalayan ABŞ, Fransa və digər ölkələr beynəlxalq hüququn müddəalarını pozduqlarına və terrorizmi dəstəklədiklərinə görə cavab verməlidirlər", - XİN nümayəndəsi bildirib.

Baqainin sözlərinə görə, Qərb dövlətləri tərəfindən terrora dəstək “terrorçulara və ekstremistlərə yardım etmək”, habelə onlara öz ərazilərində sığınacaq verməkdən ibarətdir.

O həmçinin Qərbi İrana qarşı əsassız ittihamlar səsləndirməklə dünyanın diqqətini öz cinayətlərindən yayındırmağa çalışmaqda ittiham edib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirmişdi ki, İranla danışıqları bərpa etmək üçün ABŞ ölkəyə dəymiş ziyanı ödəməli və hücumun təkrarlanmayacağına zəmanət verməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş