“Biz ABŞ-a heç bir zənginləşdirilmiş material göndərməyəcəyik, bu məsələ müzakirə olunmur”
İranın zənginləşdirilmiş uranı harasa göndərmək planı yoxdur; bu məsələ müzakirə mövzusu deyil. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
“Biz ABŞ-a heç bir zənginləşdirilmiş material göndərməyəcəyik, bu məsələ müzakirə olunmur”, Xətibzadə deyib.
Nazir müavini Vaşinqtonun Tehrana həddindən artıq tələblər irəli sürdüyünü də əlavə edib.