İran XİN başçısı Türkiyəyə səfər edəcək

Dünya

30.11.2024 - 21:07

İranın xarici işlər naziri Abbas Araqçı Türkiyəyə səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İran xarici işlər naziri Abbas Araqçı 2 dekabr 2024-cü il tarixində ölkəmizə səfər edəcək”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, daha əvvəl Əraqçı ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş