İran səfiri: “Trampın təhdidləri ABŞ-ın çarəsizliyinin sübutudur”
İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani ABŞ Prezidenti Donald Trampın İran sivilizasiyasına qarşı təhdidlərini “absurd” və “çarəsizlik” adlandırıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"İranın hərbi gücü düşməni siyasi cəbhədə geri çəkilməyə məcbur edib", - deyə Ruzbehani bildirib.
O ABŞ-ın İranın 10 maddəlik planına əsaslanan atəşkəs razılaşmasının Vaşinqtonun Tehranın qanuni tələblərinə təslim olmasının sübutu olduğunu vurğulayıb .
Diplomat qeyd edib ki, İran dialoq üçün qapını açıq saxlayır, lakin ABŞ-dan əvvəlki irrasional kursundan əl çəkməsini tələb edir. O əlavə edib ki, iki həftəlik atəşkəs ABŞ-ın səmimiyyətini sınağa çəkəcək.
Səfir Vaşinqtonun razılaşmaları pozmaqda acı təcrübəsini xatırladaraq əlavə edib ki, "İran danışıqlara etimada deyil, sahədə hərtərəfli yoxlamaya əsaslanaraq gedir".