İran Prezidenti sabah Nyu-Yorka səfər edəcək

Dünya

21.09.2024 - 22:50

Həkimlər Klinikalar SEO Xidməti

Səfər zamanı Pezeşkian bir sıra görüşlər keçirəcək

İran prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək.

AYNA APA-ya istinadən xəbər verir ki, Pezeşkianın sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyasında çıxış edəcəyi və burada müxtəlif məsələlərlə bağlı fikir və mövqelərini ifadə edəcəyi planlaşdırılır.

Qeyd edək ki, səfər zamanı Pezeşkian ABŞ-dakı iranlı mühacirlər də daxil olmaqla bir sıra görüşlər keçirməyi, Avropa, Asiya və İslam ölkələrinin rəhbərləri ilə danışıqlar aparmağı planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş