Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək. AYNA xəbər verir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfir Kazem Cəlali BRICS Media Sammiti çərçivəsində TASS-a açıqlamasında deyib.
“Hörmətli cənab Pezeşkian, İran İslam Respublikasının Prezidenti Kazanda keçiriləcək sammitdə iştirak edəcək”, - o Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Moskvanın İran liderinin sammitdə iştirakının təsdiqini gözlədiyi barədə sözlərini şərh edərkən deyib.