İran Prezidenti İsrailin hücumuna cavab veriləcəyini bəyan etdi

Dünya

27.10.2024 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

“İranın istənilən axmaqlığa cavabı balanslı və düşünülmüş olacaq”

İsrail ölkəyə zərbə endirdikdən sonra İran Prezidenti Məsud Pezeşkian Tehranın düşmənlərinə düşünülmüş cavab verəcəyini bəyan edib. AYNA xəbər verir ki, bu barədə Prezident “X” sosial şəbəkə səhifəsində yazıb.

Siyasətçi canlarını fəda edən İran ordusu əsgərlərinə və yaxınlarına başsağlığı verib.

“İranın düşmənləri bilməlidir ki, xalqı qorxmadan öz torpaqlarını müdafiə edəcək. İranın istənilən axmaqlığa cavabı balanslı və düşünülmüş olacaq”, – Pezeşkian yazıb.

Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə zərbələr endirib. Ölkənin müdafiə ordusu İran müəssisələrinə, o cümlədən raket istehsalı obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə hücumlar edildiyini açıqlayıb. İran beynəlxalq ictimaiyyəti Yaxın Şərqdə müharibənin başlamasının qarşısını almaq üçün İsrailə qarşı tədbir görməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş