Sabah İslamabadda İran-ABŞ danışıqları başlayacaq
İran nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq üçün 9 aprel axşamı İslamabada gedəcək. AYNA.AZ xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Moqadam “X” sosial media hesabında yazıb.
"İsrail rejiminin diplomatik təşəbbüsləri pozmaq məqsədi daşıyan atəşkəsi dəfələrlə pozması səbəbindən İran cəmiyyətində şübhələrə baxmayaraq, Pakistan Baş naziri Şahbaz Şərifin dəvəti ilə İran nümayəndə heyəti bu axşam İranın təklif etdiyi 10 bənd əsasında ciddi danışıqlar aparmaq üçün İslamabada gələcək", - deyə diplomat bildirib.
Qeyd edək ki, sabah İslamabadda İran-ABŞ danışıqları başlayacaq.