İran MAQATE ilə əməkdaşlığı dayandırıb

Dünya

25.06.2025 - 16:55

cedabet dərman SEO Xidməti

"MAQATE öz səlahiyyətlərini hərraca çıxarıb"

İran parlamenti MAQATE ilə əməkdaşlığı dayandırmağa səs verib. AYNA.AZ xəbər verir ki, İranın “Tasnim”, “Mehr” xəbər agentlikləri və “Press TV” kanalının məlumatına görə, təşkilatın əməkdaşları nüvə obyektlərinin təhlükəsizliyinə təminat verilməyincə İrana daxil ola bilməyəcəklər.

İran Parlamentinin spikeri Mohammad Baqer Qalibaf deyib ki, "MAQATE ABŞ-ın nüvə obyektlərinə hücumunu hətta uzaqdan qınamaqdan belə imtina edib və öz səlahiyyətlərini hərraca çıxarıb".

O əlavə edib ki, nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana qədər təşkilatla əməkdaşlığın dayandırılması planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş