İran İsrailin cavab zərbələrinə hazırlaşır

Dünya

06.10.2024 - 13:26

Həkimlər Klinikalar SEO Xidməti

İran neft tankerləri Fars körfəzindəki Xarq adasını tərk edirlər

Oktyabrın 1-nə keçən gecə İran müxtəlif hesablamalara görə, 200-dən 500-ə qədər raket ataraq İsrailə kütləvi hücuma keçdi. Bu zərbədən dərhal sonra İsrail ordusunun Baş Qərargah rəisi İrana cavab veriləcəyini qeyd edib. Bir çox İsrail rəsmiləri ehtimal edilən hücum hədəfi kimi İranın neft obyektlərinə işarə ediblər.

AYNA xəbər verir ki, “HunterBrook” saytı yeni peyk şəkillərini yayıb və görünür ki, İran neft tankerləri Fars körfəzindəki Xarq adasını tərk edirlər. Bildirilir ki, İran neftinin ixracının 90%-i məhz ondan keçir.

Məlumata görə, tarixdə ilk dəfədir ki, bütün tankerlər daimi yerlərini tərk edirlər. Bu, İranın İsrailin mümkün hücumlarına hazırlaşdığını göstərir.

Müəllif: Ayna.az