"NOTAM iki saatdan bir az çox müddətə qüvvədədir"
İran hava məkanını ölkəyə beynəlxalq uçuşlar istisna olmaqla, bütün uçuşlar üçün bağlayan yeni bir NOTAM yayımlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Flightradar 24”ün “X” sosial media platformasındakı məlumatında qeyd edilib.
"NOTAM iki saatdan bir az çox müddətə qüvvədədir", - deyə vurğulanıb.
Xidmət əvvəllər bəzi təyyarələrin İran hava məkanı üzərindən uçmağa başladığını açıqlamışdı. Məsələn, Katmandudan Küveytə gedən bir uçuş İran hava məkanına daxil olduqdan sonra marşrutunu dəyişib və sərhəd boyunca Oman körfəzinə doğru istiqamət alıb.