Baqai: “ABŞ BMT Nizamnaməsini pozdu və diplomatiya prinsipinə hücum etdi”
“ABŞ BMT Nizamnaməsini kobud şəkildə pozub, diplomatiya və danışıqlar prinsipinə hücum edib”. AYNA.AZ İRNA-ya istinadən xəbər verir ki, bu sözləri brifinqdə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Beqai deyib.
"Bizim danışıqçılar vurğuladılar ki, istənilən danışıqların şərti davranışın dəyişməsi və danışıqların prinsipinə münasibətin dəyişməsidir. Danışıqlar və ya diplomatiya qarşı tərəfə hədə-qorxu və təzyiq aləti olmamalıdır", - deyə Beqai qeyd edib.
XİN rəsmisi “iki ölkə arasında davam edən danışıqlar zamanı dinc nüvə obyektinə qarşı hərbi təcavüzün təşviq edilməsi faktını misilsiz” adlandırıb. Beqai əlavə edib ki, İran bu hərbi hücuma heç bir bəraət qazandırmır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp lazım gələrsə, gələcəkdə İranın nüvə obyektlərinə yenidən zərbə endirmək əmrini verməyə hazır olduğunu bildirmişdi.