İran ABŞ hərbi bazalarına zərbə endirib

Dünya

28.02.2026 - 14:21

Qətər, Bəhreyn, Küveyt və BƏƏ-dəki hərbi bazalara zərbələr endirilib

İran Qətər, Bəhreyn, Küveyt və BƏƏ-də yerləşən ABŞ hərbi bazalarına zərbə endirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

BƏƏ-nin paytaxtı Əbu-Dabidə partlayış səsləri eşidilib. CNN-in istinadən verdiyi xəbərə görə, partlayış səsləri şəhərin bir neçə yerində eşidilib.

BƏƏ ordusu Əbu-Dabi səmasında İran raketlərini vurduğunu bildirib.

Eyni zamanda, Küveytdə də partlayış səsləri eşidilib. Həyəcan siqnalları işə düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş