İran 54 min məhbusu azad edib

Dünya

04.03.2020 - 01:23

Qonşu ölkədə koronavirusa yoluxanların sayı sürətlə artır 

 

 

İran həbsxanalarında yeni koronavirus xəstəliyinin yayılmasına qarşı mübarizə məqsədi ilə 54 mindən çox məhbus müvəqqəti olaraq azad edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu məhkəmə sözçüsü  Qulamhüseyn Esmaili deyib.

 

O, jurnalistlərə bildirib ki, məhbuslar COVİD-19 üçün mənfi test edildikdən sonra azadlığa çıxacaqlar. Tədbir planına görə, beş ildən çox müddətə azadlıqdan məhrum edilmiş "təhlükəsizlik məhbusları" buraxılmayacaq. 

 

Britaniyalı bir deputatın fikrincə, həbsdə olan İngilis-İran xeyriyyə işçisi Nazanin Zagari-Ratkliffe tezliklə azad edilə bilər. Tulip Siddiq  İranın İngiltərədəki səfirinə istinad edərək  Zagari-Ratkliffenin sərbəst buraxıla biləcəyini  söyləyib.

 

Məlumat üçün deyək ki, İranda koronavirusa 2336 nəfər yoluxub, son iki həftədə 77 nəfər isə ölüb. Tehranda 1043, Gilanda 218 , Qumda 253 nəfərin virusa yoluxduğu deyilir.  Daha sonra Məşhəd və ona yaxın ərazilərdə  yoluxma qeydə alınıb.

Müəllif: Raminə Eyvazqızı