Vaşinqton öz siyasətini dəyişməsə, Gürcüstan ABŞ-la münasibətlərə yenidən baxmaq niyyətindədir
“Vaşinqton Tiflis ilə bağlı siyasətini dəyişməsə, Gürcüstan ABŞ-la mövcud münasibətlərinə yenidən baxacaq”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Biz deyirik ki, Gürcüstan və ABŞ münasibətləri belə davam etməməlidir. Əks halda, mövcud status-kvonu yenidən nəzərdən keçirməli olacağıq. Bu, bizim aydın mövqeyimizdir. Hər şey Amerika tərəfdən asılıdır”, - Kobaxidze bildirib.