İngiltərə millisi 1/4 finalda

İdman

05.12.2022 - 03:07

Fransa yığması ilə qarşılaşacaq

Qətərdə keçirilən futbol üzrə mundialda bu gün daha bir 1/4 finalçının adına aydınlıq gəlib. AYNA Apasport.az saytına istinadən xəbər verir ki, mundialın 1/8 final mərhələsində İngiltərə və Seneqal üz-üzə gəlib.

Britaniyalılar son mundialda olduğu kimi, azı yarımfinala, Seneqal isə 20 il əvvəlki dünya çempionatında olduğu kimi 1/4 finala vəsiqə qazanmaq arzusunda idi.

Bu tərəflərin ilk rəsmi qarşılaşması kimi yadda qalıb. Oyun 3:0 avropalıların qələbəsi ilə başa çatıb.

Növbəti mərhələdə İngiltərə yığması Fransa ilə qarşılaşacaq.

Müəllif: Ayna.az